AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, iclasda futbol üzrə Azərbaycan çempionatının birinci divizionunun XIX turunda baş verənlər müzakirə olunub.
"Kəpəz" – "Sabah-2" oyununda qonaq komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimələnib.
"Neftçi-2" – "Qarabağ-2" görüşündə Ağdam klubunun üzvü İbrahim Hüseynov, "Qaradağ Lökbatan" – "Zaqatala" matçında ev sahibi komandanın futbolçusu Sərxan Əhmədli, "Səbail-2" – "Zirə-2" qarşılaşmasında qonaqların oyunçusu Cəlal Hüseynov qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıblar. Klublar isə hər biri 20 manat cərimə olunub.
Bundan başqa futzal üzrə Yüksək Liqanın "Premier" (Quba) – EKOL matçında Quba təmsilçisi təyin olunan vaxtda meydana çıxmadığına görə kluba 0:5 hesablı məğlubiyyət verilib. Bu hal 3-cü dəfə təkrarlandığı üçün "Premier" komandası Yüksək Liqadan kənarlaşdırılıb.