Macarıstanda futbol liqaları müvəqqəti dayandırılıb. Matc.az xəbər verir ki, bu barədə futbol federasiyasının rəsmi saytı məlumat yayıb.

Buna koronavirusun yayılması səbəb olub. Federasiya idmançılara məşqlərdə birgə yer almamağı və evdə qalmalarını tövsiyə edib.

Qeyd edək ki, Macarıstanda 50 nəfər koronavirusa yoluxub, 1 nəfər dünyasını dəyişib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest