"Liverpul"un yarımmüdafiəçisi Jorjinyo Veynaldum baş məşqçi Yurgen Klopp barədə danışıb. Matc.az xəbər verir ki, o, almaniyalı mütəxəssisin futbolçuların inkişafında böyük rol oynadığını bildirib:
"Liverpul"da inkişaf etdim. İndi fərqli mövqelərdə çıxış edə bilirəm. Əvvəllər yalnız hücumda oynayırdım. Klopp məni daha müdafiə meyilli mövqede oynatdı. Universal olmaq lazımdı idi. Hücumla müqayisədə daha çox iş görməliydim. Bu da mənim inkişafımda böyük rol oynadı. Hazırda daha yaxşı oyunçuyam. Məşqçi mənə çox təsir etdi. "Liverpul"u yenidən layiq olduğu yerə gətirdi. Onun fikirləri kluba uyğundur. Əlbətdə, Klopp oyunçuların qayğısına qaır və yaxşı bir məşqçi olduğu üçün biz də ona pərəstiş edirik. Onunla çalışdan futbolçular inkişaf edir. Kloppla dəfələrlə şəxsi söhbətlərimiz olub. O, mənim üçün vacib biridir. Haqqımda başqa məşqçilərin bilmədiyi çox şey bilir".