Gürcüstanın "Merani" klubu azərbaycanlı futbolçu Tural Rzayevlə müqaviləyə xitam verib. Matc.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə anlaşma qarşılıqlı razılaşma ilə pozulub.

Fevralda "Merani"yə transfer olan Turalın komandada bir ay qala bilib. Klubun onunla müqaviləni pozmasına futbolçunun zədəsi səbəb olub. Gürcüstan klubu oyunçunun müalicəsi üçün bütün xərcləri ödədikdən sonra belə bir qərar verib.

Qeyd edək ki, Tural daha öncə "Kəpəz" və Litvanın "İonava" klublarında çıxış edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest