"Barselona"nın kapitanı Lionel Messi Neymarın komandaya qaytarılacağı təqdirdə klubda qalacağını bildirib. Matc.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

 Mənbənin sözlərinə görə, argentinalı klubun fəaliyyətindən narazıdır. O, komandanın hazırlığından məmnun deyil. Futbolçu çox yaxın münasibətdə olduğu Ernesto Valverdenin istefaya yollanmasından da narazı qalıb. Messinin klubda qalmasına yeganə səbəb isə Neymarın geri dönməsi ola bilər.

 Argentinalı futbolçunun yayda klubdan ayrılacağı barədə söz-söhbətlər var. Klub rəhbərliyi Messinin getməsini istəməsə də, yerli mətbuat onun komandada qalmaq istəmədiyini yazır.

Qeyd edək ki, Neymar 2017-ci ildə "Barselona"dan 222 milyon avro qarşılığında PSJ-yə keçib. ötən yay braziliyalı Kataloniya klubuna dönməyə çalışsa da, tərəflər maliyyə şərtləri ilə bağlı razılığa gələ bilmədilər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest