"Bavariya" yayda heyəti gücləndirmək üçün bir neçə oyunçunu satmağa hazırlaşır. Matc.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Məlumata görə, klub Jerome Boateng, Xavi Martinez və Koranten Tolissonu satmağa hazırdır. Bununla yanaşı, rəhbərlik əsas heyət üzvü Manuel Noyer və hücumçu Tomas Müllerin müqaviləsini uzatmaq niyyətindədir. Eyni zamanda icarə əsasında "İnter"də çıxış edən İvan Perişiç də komandaya qoşulacaq.

Müdafiəçi David Alabanınsa Münhen klubu ilə yeni müqavilə imzalayacağı bəlli deyil. Futbolçu ilə  "Real" və "Barselona"nın  maraqlandığı bildirilir.

Müllerin də daha öncə "Bavariya"dan ayrıla biləcəyi iddia edilirdi. Ancaq futbolçu klubdan təklif gəlsə, qəbul edəcəyini açıqlamışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest