18 Mart 2020, 13:30
FUTBOL
PSJ-nın forvardı Mauro İkardi mövsümün sonunda İtaliyaya qayıtmaq niyyətindədir. Matc.az xəbər verir ki, futbolçunun ailəsi Fransada qalmaq istəmir.
27 yaşlı hücumçu icarə əsasında PSJ-də çıxış edir. O, müqavilə ilə "İnter"ə məxsusdur. Paris təmsilçisi 70 milyon avro qarşılığında onu heyətinə qatmağa razıdır. Ancaq futbolçu Fransada yaşamaq istəmir. Onun ailəsi İtaliyaya qayıtmaq niyyətindədir. İkardinin həya yoldaşı Vanda Nara ərinin karyerasını A Seriyasında davam etdirməsini istəyib.
İkardi cari mövsümdə Liqa 1-də 20 matç keçirib və 12 qol vurub.
Qeyd edək ki, argentinalı forvardın "İnter"lə müqaviləsi 2022-ci ilə qədərdir.