Yeni Zelandiya Futbol Federasiyası koronavirus epidemiyasına görə çempionatı dayandırıb. Matc.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.

Sona 8 tur qalmış lider olan "Oklend Siti" çempion elan olunub. Komanda ən yaxın izləyicisi "Tim Vellinqton"u 3 xal qabaqlayırdı. 16 turdan sonra "Oklend Siti"nin 37, "Tim Vellinqton" isə 34 xalı var idi.

Qeyd edək ki, qərar klubların nümayəndələri, hökumət rəsmiləri və tibbi heyətlə aparılan müzakirələrdən sonra verilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest