18 Mart 2020, 16:14
FUTBOL
Koronavirusa yoluxan "çelsi"nin futbolçusu Kallum Hadson-Odoi sağalıb.
Matc.az xəbər verir ki, bu barədə London klubunun baş məşqçisi Frenk Lempard açıqlama verib.
O, 19 yaşlı ingilis hücumçunun özünü normal hiss etdiyini bildirib. Lempard bu xəbərin bütün komandanı sevindirdiyini də vurğulayıb.