"Bavariya" "Mançester Siti"nin yarımmüdafiəçisi Leroy Saneni heyətinə qatmaq niyyətindədir. Matc.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb

Bildirilir ki, klubunun idman direktoru 24 yaşlı futbolçunun agenti ilə danışıqlar aparır. Münhen təmsilçisi almaniyalı oyunçuya 5 illik müqavilə təklif edəcək. Sanenin özünün də karyerasını Almaniyada dava etdirmək istəyi bildirilib.

Qeyd edək ki, futbolçunun "Mançester Siti" ilə müqaviləsi 2021-ci ilə qədərdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest