"Yuventus"un qapıçısı Canluci Buffon İtaliya mətbuatına müsahibə verib. Matc.az xəbər verir ki, o, uşaqlıqdan "Yuventus" azarkeşi olduğunu bildirib:
"Yeddi yaşımda bu kluba azarkeşlik edirdim. Ancaq sonra Ciovanni Trapattoniyə aşiq oldum. O, "İnter'ə keçəndə biraz qərarsız qaldım. Onun xarakterinə olan sevgim məni "İnter"i dəstəkləməyə vadar etdi. Sonra "Peskara", "Komo", "Avellino", "Kampobasso"ya azarkeşlik etdim. 12 yaşımda isə artıq "Cenoa"nı dəstəkləyirdim. Bu, oyunçuların klublara olan sevginin artmasında nə qədər rol oynadığını göstərir. Təqaüdə getmək barədə düşünmürəm. özümü çox yaxşı hiss edirəm. Uşaqlıqda olan xəyalımı gərçəkləşdirirəm. Əgər o zaman mənə bu yaşda C Seriyasınında oynayacağımı desəydilər, yenə də sevinərdim".