"Monako"nun hücumçusu Vissam Ben Yedder "Barselona"nın təklifini geri çevirib. Matc.az xəbər verir ki, bu barədə futbolçu özü məlumat verib.

Ben Yedder mövsümün əvvəlində Kataloniya klubu ilə danışıqlar aparıb. Transferin qışda reallaşması gözlənilsə də, oyunçu karyerasını "Monako"da davam etdirmək istəyib. O, özü də "Barselona"dan təklif aldığını təsdiqləyib:

"Pəşəkar futbolçularıq. Təkliflər hər zaman ola bilər. "Barselona" keçən yay mənimlə maraqlanırdı. Bu, mənim üçün yaxşı bir şeydir. Sizə "Barselona"dan təklif gəlirsə, xüsusi motivasiya olur. Ancaq mən "Monako"da qalmağa üstünlük verdim. Təklifdən aldığım motivasiya ilə komandama daha da faydalı oldum".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest