Almaniya millisinin baş məşqçi Yoahim Löv dünyanı saran koronavirus epidemiyasından danışıb. Matc.az xəbər verir ki, almaniyalı mütəxəssis bunu insanların əməllərinə bağlayıb:

"Təbiət insanların davranışlarına cavab verir. Son illərdəki hərəkətlərimiz cavabsız qala bilməzdi. Hamımız ancaq pul qazanmaq və öz mənfəətimiz üçün çalışırıq. Bu virus vasitəsiylə əsl problemin təbii fəlakətlər və qıtlıq olduğunu gördük. Yəni ki, gərcəklərlə üzləşirik".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest