"Barselona"nın baş məşqçisi Kike Setyen Filipp Koutinyonu komandada görmək istəyir. Matc.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Bildirilir ki, Kataloniya təmsilçisinin baş məşqçisi braziliyalı futbolçunu növbəti mövsüm planlarına daxil edib. O, bu barədə klub rəhbərliyi ilə də danışıb. Ancaq rəhbərlik Setyenin bu qərarına müsbət yanaşmır.

 çünki onlar Koutinyonu yayda satmağı düşünürlər. Hətta 27 yaşlı yarımmüdafiəçi üçün 90 milyon avro qiymət qoyulub. Ancaq baş məşqçi oyunçuda israrlıdır.

Koutinyo isə hazırda icarə əsasında  "Bavariya"da çıxış edir. Onun gələcək mövsüm sabiq komandası "Liverpul"a dönəcəyi də bildirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest