Bir neçə aydır Azərbaycandayam. Ən çox atam, ailəm və dostlarım üçün darıxıram"

"Səbail"in cənubi afrikalı  futbolçusu Hendrik Ekşteyn ölkəsinin mətbuatına açıqlama verib. Matc.az xəbər verir ki, o, "Kayzer çifs" klubundan  ayrıldıqdan sonra "Sabah"a keçməkdə tərəddüd etdiyini bildirib:

 "Açığı, "Sabah"a keçmək istəmirdim. çünki Bakı haqqında heç bir məlumatım yox idi. Ancaq sonra karyeramda yeni bir səhifə açmağa qərar verdim. Dino Ndlovunun "Qarabağ"da uğurlar qazanması qərarıma təsir etdi. Bir neçə aydır Azərbaycandayam. Ən çox atam, ailəm və dostlarım üçün darıxıram".

Qeyd edək ki, Hendrik Ekşteyn qış fasiləsində "Səbail"ə keçib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest