Olimpiya Oyunlarının məşəli Yunanıstandan Yaponiyayanın şimal-şərqində yerləşən Miyaqi bölgəsinə aparılıb. Matc.az xəbər verir ki, martın 26-dan Yaponiyada məşəlin estafeti başlayacaq.

Lakin yerli hökumət orqanları koronavirusun yayılma təhlükəsinə görə insanları estafetin marşrutu boyunca kütləvi cərgəyə düzülməkdən çəkinməyə çağırıb. Yunanıstanda məşəlin alovlandırma mərasimi isə ilk dəfə azarkeşsiz keçirilib. Buna koronavirus pandemiyası səbəb olub.

Qeyd edək ki, 32-ci Yay Olimpiya Oyunları iyulun 24-dən avqustun 9-dək Tokioda keçiriləcək.                

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest