"Qarabağ"ın qapıçısı Vaqner da Silva koronavirus pandemiyası ilə bağlı Azərbaycanda yaranan durumdan danışıb. Matc.az xəbər verir ki, braziliyalı futbolçu vəziyyəti belə şərh edib:

"Ticarət mərkəzləri işləmir, küçələrdə insanlara az rast gəlinir. Qorxulu günlər yaşayırıq. Məşqlərin bərpa edilməsi qərarını gözləyirik. İnsanların sağlamlığı hər şeydən önəmlidir. Mən ölkəmdən çox uzaqdayam. ümid edirəm ki, Braziliyada lazım olan addımlar atılır. Orada o qədər də güclü bir şəkildə yayılmayıb. Dua edirəm ki, virus tezliklə keçsin və normal həyata qayıda bilək. Tanrının köməyi ilə hər şey qısa müddətdə normallaşacaq"

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest