"İnter" hücumçusu Lautaro Martinesi komandada saxlamaq niyyətindədir. Matc.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Bildirilir ki, baş məşqçi Antonio Konte futbolçunun getməsinə razı deyil. Argentinalı ilə "Barselona" yaxından maraqlınır. Həta Kataloniya klubu oyunçu üçün Arturo Vidal və Nelson Semedo ilə yanaşı, 70 milyon avro da təklif edib. Ancaq İtaliya təmsilçisi bununla razılaşmır. "İnter" rəhbərliyi Martines üçün 110 milyon avro tələb edir.

Əgər razılşma əldə olunarsa, "Barselona"nın hücumçuya illik 10 milyon avro maaş verəcəyi bildirilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest