"Barselona" "Porto"da çıxış edən Aleks Tellesi heyətinə cəlb etmək istəyir. Matc.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Braziliyalı futbolçunun Portuqaliya təmsilçisi ilə 2021-ci ilə qədər müqaviləsi var. Ancaq 27 yaşlı oyunçu "Porto"yla sözləşmə yeniləmək istəmir. Kataloniya təmsilçisi Tellesi komandaya gətirmək də israrlıdır. Oyunçunun müqaviləsində 40 milyon avro qarşılığında sərbəst qalacağı qeyd edilib. Telles üçün bir müddət "çelsi"nin də maraqlandığı iddia edilirdi.

Qeyde dək ki, futbolçu 2014-16-cı illərdə "Qalatasaray"da çıxış edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest