"Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrakın koronavirus testi pozitiv olub. Matc.az xəbər verir ki, klub rəsmi həyat yoldaşı ilə birgə karantina alınıb.

Türkiyə mətbuatı yazır ki, bundan bir neçə gün öncə Albayrak özünü test etdirsə də, onda virus aşkarlanmamışdı. Ancaq ikinci yoxlanışın ardından klub rəsmisində koronavirus qeydə alınıb.

Abdurrahim Albayrak Süper Liqanın sonuncu turunda keçirilən "Qalatasaray" – "Beşiktaş" matçını stadiondan izləyib. Onun rəqib komandanın nümayəndələri və futbolçuları ilə yanaşı, öz oyunçularıyla da təmasda olduğu bildirilir.

Bu səbəbdən də hər iki klub təşvişə düşüb. Futbolçuların karantinə alınması gözlənilir.                                                                                                                 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest