Bakıda keçirilməli olan aerobika gimnastikası üzrə 16-cı dünya çempionatı təxirə salınıb. Matc.az xəbər verir ki, bu barədə Beynəlxalq Gimnastika Federasiyası (FİG) məlumat yayıb.
 
Koronavirus pandemiyası səbəbindən mayın 14-16-da baş tutmalı olan yarış qeyri-müəyyən müddətə təxirə salınıb. Həmçinin 9-cu Dünya Yaş Qrupu yarışı da başqa vaxtda keçiriləcək.
 
Bildirilir ki, hazırda FİG və Azərbaycan Gimnastika Federasiyası arasında yarışın keçirilməsi tarixi ilə bağlı uyğun variant barədə müzakirələr aparılır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest