"Mançester Siti"nin müdafiəçisi Emerik Laporta karyerasını İspaniyada davam etdirə bilər. Matc.az xəbər verir ki, "Barselona" futbolçunun xidmətində maraqlıdır.

Bildirilir ki, klub rəhbərliyi 25 yaşlı oyunçunu yayda heyətinə cəlb etmək istəyir. Laportanın da komandadan ayrılacağı iddia edilir. "Şəhərlilər" avrokuboklardan kənar qaldığı üçün oyunçu gələn təklifləri dəyərləndirəcək.

Futbolçu cari mövsümdə komandası ilə 7 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest