"Liverpul"un müdafiəçisi Trent Aleksander Arnold İngiltərə mətbuatına müsahibə verib. Matc.az xəbər verir ki, o, Lionel Messi ilə Kristiano Ronaldonunu müqayisə edib:

"Messi-Ronaldo müqayisəsində mən argentinalını seçirəm. Bunun fərqli səbəbləri var. Təbii ki, əksini düşünənlər də ola bilər. Mən uşaq vaxtı "Seltik"ə azarkeşlik edirdim. Açığı, indi müəyyən səbəblərdən neytralam. "Barselona" da çox sevdiyim komandadır. Mənə elə gəlir ki, "Liverpul"la onların oxşar dəyərləri var".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest