"Maints" klubunun forvardı Jan Filipp Mateta Zlatan İbrahimoviç haqda fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o isveçli futbolçunu özünə kumir seçdiyini bildirib:

"O, mənim bütüm idi. Mən də onun kimi uca boyluyam. Buna görə də sürətli qaça bilən və yüksək texnikaya sahib birini özümə nümunə götürdüm. Onun necə qollar vurduğunu görürdüm. O, Messi və Ronaldodan sonra tarixin ən yaxşı qolcusudur. İnanılmaz işlər edir. İbrahimoviçin futboldan kənar nə etdiyi, özünü necə apardığı və mətbuata nə danışması mənim üçün maraqlı deyil".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest