"Bavariya" "Barselona"nın qapıçısı Andre Ter Stegeni almaq istəyir. Matc.az xəbər verir ki, Münhen təmsilçisi təcrübəli qapıçını Manuel Noyerin əvəzedicisi kimi görür.

Klub rəhbərliyi qolkiperi heyətinə qatmaqda israrlıdır. Komandanın əsas qapıçısı Noyerin "Bavariya"nın fəxri prezidenti Frans Bekkenbauerlə münasibətləri yaxşı deyil. Bu səbəbdən də oyunçunun ayrılma ehtimalı var. Ona görə də rəhbərlik təcrübəli qapıçını transfer etmək istəyir.

Ancaq bununla yanaşı, "Barselona" da qolkiperlə müqavilə yeniləmək niyyətindədir. İspaniya mətbuatı isə tərəflərin razılığa gələ bilmədiyini yazır. Ter Stegenin Kataloniya klubunun maaş təklifini bəyənmədiyi vurğulanır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest