"Liverpul"un sabiq yarımmüdafiəçisi Muhammed Sissoko Sadio Mane və Salahın gələcəyi ilə bağlı fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, seneqallı oyunçunun komandadan ayrılacağını iddia edib:

"Məncə, Mane "Real "a keçəcək. çünki Zidan onu istəyir. Manenin çox yaxşı keyfiyyətləri var. Salahın isə komandada qalıb-qalmayacağını bilmirəm. Ancaq ayrılsa, "Liverpul"a madi olaraq yaxşı xeyir verəcək. "Liverpuk" böyük bir klubdur. Futbolçuarı necə əvəzləyəcəyini yaxşı bilməlidir. "Qırmızılar"da forma geyinmək üçün hər şeyini verməyə hazır oyunçular var".

Qeyd edək ki, Mane cari mövsüm  Premyer Liqada 26 matç keçirib və 14 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest