24 Mart 2020, 17:53
FUTBOL
"Mançester Yunayted"in sabiq müdafiəçisi Qari Nevill koronavirus üzündən dayandırlan Premyer Liqanın gələcəyi barədə danışıb. Matc.az xəbər verir ki, o, çempionatın davam etməli olduğunu bildirib:
"Bəli, oyunların təxirə salınması normaldır. İnsanların təhlükəsizliyinə diqqət yetirməli və bundan sonra nə edəcəyimizi düşünməliyik. Ancaq əvvəl-axır mövsümü davam etdirməliyik. Turnirlər bərpa olunmalıdır. Əks təqdirdə hər şey çox qarışıq olacaq".
Qeyd edək ki, Premyer Liqa aprelin 30-dək təxirə salınıb.