İtaliyanın İdman naziri Vinçenso Spadafora koronavirus səbəbiylə təxirə salınan  A Seriyasının nə vaxt başlayacağı ilə bağlı fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, çempionatın qarşıdakı iki ayda başlamasının çətin olacağını bildirib:

"Hazırkı vəziyyətə baxsaq, A Seriyasının aprel və mayda başlama ehtimalı yoxdur. Onu deyim ki, əgər turnirlər davam etsə belə azarkeşsiz olacaq. çünki koronavirus süətlə yayılmaqdadır. Təbii ki, son qərarı futbol federasiyası verəcək. Ancaq çempionatın mayda başlaması çətin görünür".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest