"Barselona"nın yarımmüdafiəçisi Filipp Koutinyo "İnter"in baş məşqçisinin planlarına daxil deyil. Matc.az xəbər verir ki, Antonio Konte braziliyalı futbolçunu istəməyib
Bildirilir ki, "İnter" yayda heyətinə bir neçə futbolçu qatmaq niyyətindədir. Mətbuat Koutinyonun komandaya qayıdacağını yazırdı. Ancaq Konte oyunçuya ehtiyac duymayıb. Onun rəhbərlikdən tələb etdiyi futbolçular arasında braziliyalının olmadığı bildirilib.
27 yaşlı futbolçu icarə əsasında "Bavariya"da çıxış edir. Lakin onun performansı Münhen klubunu qane etməyib. Komanda Koutinyo ilə müqavilə bağlamaq istəmir. Braziliyalı yayda yenidən "Barselona"ya qayıdacaq. Futbolçunun gələn mövsümü Kataloniyada keçirməsi gözlənilir. Ancaq rəhbərlik oyunçunu sata bilməsə də, başqa bir kluba icarəyə verməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, yarımmüdafiəçi 2012-ci ildə "İnter"dən "Liverpul"a transfer olunmuşdu.