A Seriyası təmsilçiləri futbolçuların maaşlarının 30 faiz azaldılmasında razılığa gəliblər. Matc.az xəbər verir ki, bu barədə "MilanNews" saytı məlumat yayıb.

Bildirilir ki, çempionat bərpa olunmasa, bu anlaşma ən çox  "Milan"nın xeyrinə olacaq. Belə ki, oyunçuların maaşlarının 30 faiz azaldılması "qırmızı-qaralar"ın 12,9 milyon avro irəli düşməsi deməkdir. Əgər A Seriyası yenidən başlasa, futbolçuların əmək haqqları 10 faiz azaldılacaq.

Qeyd edək ki, İtaliya çempionatının qarşıdakı iki ayda başlama ehtimalı azdır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest