Bildirilir ki, ötən həftə keçirilən konfransda klublar mövsümün tamamlanmasına qərar versələr də, hazırda vəziyyət dəyişib. Artıq bəzi komandalar mövsümün ləğv edilməsini tələb edir

Premyer Liqa klubları  mövsümün ləğv edilməsini tələb ediblər. Matc.az xəbər verir ki, bu barədə "The Atletic" məlumat yayıb.

Bildirilir ki, ötən həftə keçirilən konfransda klublar mövsümün tamamlanmasına qərar versələr də, hazırda vəziyyət dəyişib. Artıq bəzi komandalar mövsümün ləğv edilməsini tələb edir. Ancaq bu vəziyyət onlara baha başa gələ bilər. Belə ki, əgər mövsüm ləğv edilərsə, klublar yayım hüququna sahib telekanala 762 milyon funt sterlinq ödəməli olacaqlar. Buna rəğmən, bəzi idarəedicilər oyunların azarkeşsiz keçirilməsinin əleyhinə olduqlarını bildiriblər.

Premyer Liqanın taleyinə klubların yaxın vaxtda keçirəcəyi iclasdan sonra aydınlıq gələcək. Əgər 14 komanda bu fikir üstündə dursa, qərar qüvvəyə minəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest