27 Mart 2020, 15:27
FUTBOL
"Milan"da forma geyinən Zlatan İbrahimoviç karyerasını bitirə bilər. Matc.az xəbər verir ki, buna səbəb koronavirus epideyiması olub.
Belə ki, 38 yaşlı futbolçu İtaliyada xəstəliyin yayılması ilə əlaqədər ölkəsi İsveçə qayıdıb. Bir müddətdir burada qalan İbrahimoviç futbolu buraxmaq barədə düşünür. Onun yaşananlardan sonra psixoliji travma aldığı və artıq futbol oynamaq istəmədiyi bildirilir.
Qeyd edək ki, İbrahimoviç "Milan"la 6 aylıq sözləşmə imzalamışdı. Klub onunla bir daha müqavilə bağlamaq istəyir.