28 Mart 2020, 09:23
FUTBOL
"Liverpul"un yarımmüdafiəçisi Jorjinyo Veynaldum İngiltərə mətbuatına müsahibə verib. Matc.az xəbər verir ki, hollandiyalı futbolçu beş nömrəli formanı seçməsinin səbəbini bildirib:
"Beş mənim üçün xüsusi bir nömrədir. Bu rəqəm mənə çox uğur gətirib. Həm də ən sevdiyim oyunçu Zidan bu nömrə ilə çıxış edirdi. Karyerama bu rəqəmlə başladığım üçün xoşbəxtəm. Belə şeylərə çox önəm verirəm. Zidan həqiqətən əfsanədir. Onunla eyni nömrəli forma geyinmək mənim üçün də sevindiricidir. ümid edirəm ki, bu rəqəm mənə hələ çox uğur qazandıracaq".