Azərbaycan Premyer Liqasının 2019/20 mövsümündə yalnız iki komanda öz meydanında uduzmayıb. Matc.az PFL-in saytına istinadən xəbər verir ki, bunlar "Qarabağ"la "Neftçi"dir.
 
Paytaxt təmsilçisi evdə ən çox xal toplayan komandadır. Lakin "ağ-qaralar" Ağdam təmsilçisi ilə müqayisədə bir oyun çox keçirib. "Neftçi" doğma meydanda ən çox qol vurmaqla, "köhlən atlar" isə az top buraxmaqla diqqət çəkir. öz meydanında 3-cü yaxşı göstərici "Keşlə"yə məxsusdur.
 
Evdə ən az xal toplayan komanda isə "Sabah"dır. Hesabında 8 xal olan paytaxt klubu geri qaldığı "Səbail" və "Qəbələ"dən bir oyun az keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest