PSJ-nin hücumçusu Edinson Kavaninin "Atletiko"ya keçidi baş tutmayacaq. Matc.az xəbər verir ki, Madrid təmsilçisi Uruqvay millisinin üzvü ilə ortaq məxrəcə gələ bilməyib.

La Liqa klubunun təklifi ilə 33 yaşlı forvardın tələbləri üst-üstə düşməyib. "Ateltiko" Kavaniyə bir illik müqavilə təklif edib. Təcrübəli hücumçu isə Madrid təmsilçisindən daha uzun müddətli sözləşmə tələb edir. Bu səbəbdən də tərəflər ortaq məxrəcə gələ bilməyiblər. Hazırda oyunçunun xidmətində maraqlı olan yeganə komanda "Boka Xuniors"dur.

Qeyd edək ki, Edinson Kavaninin PSJ ilə müqavilə müddəti mövsümün sonuna qədərdir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest