Bu gün "Keşlə"yə dəstək vrən "OLD WOLF " azarkeş qrupunun 2 yaşı tamam olur. Matc.az xəbər verir ki, fan klub ilk dəfə bu adla 2018-ci il aprelin 1-də "Azərsun Arena"da "Qarabağ" ilə səfər oyununa çıxıb.

Azarkeş qrupunun əvvəlki adı "İnter Fan Klub" olsa da, komandanın ismi dəyişdirildikdən sonra fəaliyyətlərini  "Keşlə Fan Klub" kimi davam etdiriblər. Azarkeşlər sosial şəbəkə hesablarından yaydıqları məlumatda  "Komandamızın hər bir uğuru bizim uğurumuzdur. Bir vaxtlar diviziona düşə bilərdik, amma biz buna fikir vermədən onlara son saniyəyə qədər dəstək verdik. "Keşlə"yə bütün turnirlərdə uğurlar arzu edirik" - deyə, bildiriblər.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest