"Real"ın yarımmüdafiəçisi Xames Rodrigez karyerasını İngiltərədə davam etdirə bilər. Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Bildirilir ki, oyunçunu "Arsenal" və "Everton" klubları transfer etmək istəyir. Futbolçunun Liverpul təmsilçisinə daha yaxın ola biləcəyi qeyd edilir. Buna səbəb Xamesin "Everton"un baş məşqçisi Karlo Ançelotti ilə bir dönəm "Real"da çalışmasıdır.

28 yaşlı futbolçunun Madrid təmsilçisindən ayrılacağı dəqiqidir. çünki baş məşqçi Zidan onu gələn mövsüm komandasında görmək istəmir.

Kolumbiyalı futbolçu bu mövsüm La Liqada 13 oyun keçirib və bir qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest