Bildirilir ki, Almaniya Futbol Federasiyası Yoahim Lövün əvəzinə Yurgen Kloppu düşünür.Təcrübəli mütəxəssis özü də daha öncə açıqlamasında "Liverpul"un karyerasındakı son klub olduğunu bildirmişdi

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Almaniya millisinin başına keçə bilər. Matc.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Bildirilir ki, Almaniya Futbol Federasiyası Yoahim Lövün əvəzinə Yurgen Kloppu düşünür.Təcrübəli mütəxəssis özü də daha öncə açıqlamasında "Liverpul"un karyerasındakı son klub olduğunu bildirmişdi. Kloppun da millini çalışdırmaq arzusunda olduğu yazılır. Ancaq baş məşqçinin "Liverpul"la 2024-cü ilə qədər müqaviləsi var. Əgər bu müddət ərzində Kloppa federasiyadan təklif gələrsə, onun klubu daha erkən tərk edə biləcəyi qeyd edilib.

Qeyd edək ki, Yoahim Löv 13 ildir Almaniya yığmasına başçılıq edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest