"Qarabağ" Azərbaycan Premyer Liqasının cari mövsümündə ən güclü səfər komandasıdır. Matc.az xəbər verir ki, son çempion səfərdə hamıdan çox – 20 xal toplayıb.

Vurulan və buraxılan qollarda da ən yaxşı göstərici çempionatın liderinə məxsusdur. "Neftçi" və "Keşlə"nin aktivində eyni xal var. Lakin "ağ-qaralar" həm top fərqində öndədir, həm də bir matç az keçirib.

"Zirə" isə səfərdə ən az xal toplayan komandadır.            

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest