03 Aprel 2020, 12:50
FUTBOL
İcarə əsasında PSJ-də çıxış edən Mauro İkardi İtaliyaya qayıtmaq niyyətindədir. Matc.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Bildirilir ki, hücumçu həyat yoldaşı Vanda Nara ilə məsləhətləşdikdən sonra Fransanı tərk etməyə qərar verib. İkardinin artıq PSJ-nin idman direktoru Leonardo ilə görüşdüyü və ayrılmaq istədiyini bildirdiyi vurğulanıb.
Argetinalı müqavilə ilə "İnter"ə məxsus olsa da, PSJ 70 milyon avro qarşılığında onu heyətinə cəlb edə bilər. İkardi bu mövsüm Liqa 1-də 20 qol vurub.