"Azərbaycanda futbol çox sevilir. "Qarabağ" ölkədə ən güclü komandadır. Hətta fanat olmayan insanlar belə stadiona gedib oyuna baxmağı xoşlayırlar. Avropa çempionatından gözləntilər çox idi

"Zirə"nin perulu futbolçusu Alvaro Ampuero ölkəsinin mətbuatına müsahibə verib. Matc.az xəbər verir ki, o, koronavirus pandemiyasına görə Azərbaycanda yaranan durumdan danışıb:

 "Azərbaycana ilk koronavirus İrandan gələndən aşkarlanmışdı. Biz çox yaxınıq. Ona görə tezliklə təcili tədbirlər görüldü. Aeroportlar, sərhədlər bağlandı. Amma bəzi günlərdə xaricdən gələnlər vardı deyə, virus yayıldı. çox vacib iş olmadan evdən çıxmırıq. çünki bu halda bizi küçədə cərimə edə bilərlər. Mən marketə gedirəm. Digər yerlər isə bağlıdır. Son məşqimiz 20 gün əvvəl olub. Bu, beşinci gün idi. Bazar günü isə oyunumuz olmalı idi. Bizə dedilər ki, matç təxirə salınacaq, çünki virus genişlənib. O vaxtdan hər şey dayanıb. Bizə evdə məşq etmək planı verilib. Biz də evdə hazırlaşmaqla mümkün olduğu qədər formamızı saxlamağa çalışırıq".

27 yaşlı futbolçu "Zirə"nin çempionatdakı hədəfindən və ölkəmizdə futbola olan sevgidən danışıb. Ampuero Premyer Liqamızın gələcəyi barədə də fikirlərini bildirib:

"Azərbaycanda futbol çox sevilir. "Qarabağ" ölkədə ən güclü komandadır. Hətta fanat olmayan insanlar belə stadiona gedib oyuna baxmağı xoşlayırlar. Avropa çempionatından gözləntilər çox idi. İndi hər şey qeyri-müəyyəndir. çempionatın yenidən bərpa olunması barədə nəsə demək çətindir. Avrokuboklar üçün mübarizə aparmağa çalışırıq. Həmçinin komandamız kubokun yarımfinalındadır. Düzü, oyunları başa vurmaq yaxşı olardı. Amma indi səhhətimizi daha çox düşünürük. Futbol ikinci plana keçib. Açığı, bura gələndə Azərbaycan futbolu haqda heç bir məlumatım yox idi. Ancaq yaxşı mənada təəccübləndiyimi deyə bilərəm. Bakı mənim xoşuma gəlir. Sakit şəhətdir və yaşamaq rahatdır. Liqa da yaxşıdır. Şükür ki, çox oynaya bildiyim komandanı tapdım".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest