"Everton" Qaret Beyl və Xames Rodrigezi heyətinə qatmaq niyyətindədir. Matc.az xəbər verir ki, Liverpul təmsilçinin baş məşqçisi Karlo Ançelotti iki futbolçunun da alınmasını istəyir.

Hazırda hər iki oyunçunun Madrid klubu ilə müqavilələri davam edir. Ancaq "Real" Beyl və Xamesi göndərməyə hazırdır. Baş məşqçi Zidan futbolçuların satılmasına razılıq verib.

"Everton" iki oyunçuya da uzun müddətli sözləşmə təklif edəcək. Bununla yanaşı, Ançelottinin "Real"da onlarla çalışması transferin gərçəkləşmə ehtimalını artırır.  

Qeyd edək ki, Beyl cari mövsümdə 14 oyunda 2 qol vurubsa, Xames keçirdiyi 7 görüşdə 1 dəfə fərqlənə bilib.

                

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest