06 Aprel 2020, 10:45
FUTBOL
"İngilis dilini öyrənirəm. Özümü hər cür təcrübəyə hazır hiss etməliyəm"
"Roma"nın sabiq baş məşqçisi Eusebio Di Françesko gələcək karyerası barədə danışıb. Matc.az xəbər verir ki, "football italia" nəşrinə açıqlama verən təcrübəli mütəxəssis bir neçə yerdən təklif aldığını təsdiqləyib:
"İngilis dilini öyrənirəm. özümü hər cür təcrübəyə hazır hiss etməliyəm. "Sampdoria"dan ayrıldıqdan sonra biraz istirahət etmək istədim. Ancaq hazırda bir neçə yerdən təkliflərim var. Avropa klublarından və başqa bir milli komandadan təklif almışam".
Qeyd edək ki, AFFA-nın Azərbaycan milli komandasını çalışdırmaq üçün Di Françeskoya təklif göndərdiyi iddia edilir.