"Yuventus" Canluici Buffonla müqavilə yeniləməyə hazırlaşır.  Matc.az xəbər verir ki, bu barədə "Corriere della Sera" nəşri məlumat yayıb.

Bildirilir ki, 42 yaşlı qapıçı Turin təmsilçisi ilə sözləşməsini uzadacaq. Artıq tərəflərin razılaşdığı qeyd edilir. Klub rəhbərliyi Buffonla yanaşı, komandanın müdafiəçisi Corcio Kyellini ilə də yeni müqavilə imzalamaq niyyətindədir.

Qeyd edək ki, İtaliya millisinin sabiq üzvü cari mövsümdə komandası ilə 11 oyun keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest