"Yuventus"un əfsanəsi Allessandro Del Piero İtaliyada yaşanan koronavirus epidemiyasının futbola vurduğu ziyandan danışıb. Matc.az xəbər verir ki, o, hər şeyin yenidən başlayacağını bildirib:

"Bu prossesdə fürsətdən istifadə edərək inkişaf etməyi və nəyi dəyişdirməli olduğumuzu ciddi şəkildə düşünməliyik. Artıq sıfırlama düyməsini basmaq lazımdır. Nə olacağını bilmirəm, ancaq belə şeylərdən qaçmaq mümkün deyil. Məncə, futbolda pullar yenidən tənzimlənəcək. Xərclər və gəlirlər yalnız klubun yaşamasına görə yox, eyni zamanda şəffaflıq prinsipinə də uyğun olmalıdır. Hazırda İtaliya futbolu özünü təcrid edib. Təəssüf ki, azarkeşlər stadionlardan uzaqdır. İdmanı bundan sonra da bir şou kimi saxlamaq lazımdır".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest