"Real"ın hücumçusu Luka Yovici satmaq planı yoxdur. Matc.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.

Bildirilir ki, "kral klubu" futbolçunun potensialından şübhə etmir və onunla yola davam etməyi planlaşdırır. Bundan yanaşı, rəhbərlik Yoviçin karantini pozması haqda çıxan xəbərlərin çox şişirildiyini düşünür.

Xatırladaq ki, serbiyalı futbolçu martda karantin qaydalarına məhəl qoymadan İspaniyadan ölkəsinə getmişdi. Bundan sonra isə "Real"ın 22 yaşlı hücumçu ilə yolları ayıracağı iddia edilirdi.

Luka Yoviç bu mövsüm komandası ilə 24 matçda iştirak edib və iki qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest