"Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç gələcək karyera planları barədə danışıb. Matc.az xəbər verir ki, o, Kataloniya klubundan ayrılacağını istisna etməyib:

"Mən istədiyiniz kimi davranacağınız kartof kisəsi deyiləm. öz həyatım, karyeram var. Sevdiklərimin və ailəmin xoşbəxt olduğu yerlərdə oynamaq istəyirəm. Əgər ora "Barselona"dırsa, qalacam. Yox, deyilsə,  karyeramı harada davam etdirəcəyimi düşünəcəm".

Qeyd edək ki, "Barselona" 32 yaşlı xorvatiyalını 20 milyon avroya satmağa hazır olduğunu bildirilib. Yarımmüdafiəçi 2014-cü ildə "Sevilya"dan transfer olunub. O, bu günə qədər Kataloniya təmsilçisində 299 oyun keçirib və 34 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest