AFFA-nın Azərbaycan millisi üçün düşündüyü namizədlərdən olan Abdullah Avcıya gözlənilməz təklif gəlib. Matc.az "Fotospor"a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis çilinin "Kolo Kolo" klubu ilə danışıq aparıb.

Məlumata görə, çili təmsilçisinin idman direktoru Avcı ilə bir neçə dəfə görüşüb. Tərəflər Almaniyada yaşayan türkiyəli menecer vasitəsi ilə danışıblar.

"Kolo Kolo" rəhbərliyinin komandanın başına avropalı baş məşqçi gətirmək istəyidi bildirilir. Xəbərdə Avcının bu təklifə konkret cavab vermədiyi də qeyd edilib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest