"Real" yayda "Liverpul"un hücumçusu Sadio Maneni heyətinə qatmaq niyyətindədir. Matc.az "The Sun"a istinadən xəbər verir ki, "kral klubu" 28 yaşlı futbolçunun menecerini danışıqlara dəvət edib.

Madrid təmsilçisinin Mane üçün "Liverpul" a 170 milyon avro təklif verməsi gözlənilir. Əgər seneqallı forvard komandadan ayrılarsa, "qırmızılar" PSJ-nin hücumçusu Kilian Mbappeni transfer edəcək.

 Qeyd edək ki, Mane cari mövsümdə  "Liverpul"da 38 matç keçirib və 18 qol vurub. Onun komandası ilə müqaviləsi 2023-cü ilə qədərdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest