Cudo üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Peter Zayzenbaherin həbsi qüvvədə saxlanılıb. Matc.az xəbər verir ki, buna səbəb onun tələbələrinə cinsi istismar etməsidir.

Məlumata görə, 60 yaşlı mütəxəssis özünə yönəlik ittihamları rədd etsə də, qəbul edilməyib. Avstriya Regional Ali Məhkəməsi onu 5 il müddətində azadlıqdan məhrum edib.

Qeyd edək ki, 2014-cü ildə tələbələrdən biri məşqçinin ona 9 yaşından təcavüz etdiyini açıqlayıb. Daha sonra isə bir neçə idmançı da eyni ittihamla Zayzenbaherdən şikayətçi olub.

Qeyd edək ki, o, 2012-13-cü illərdə Azərbaycanda çalışıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest